İsrail Müdafiə Qüvvələri ( İMQ ) Livanın cənubundakı Ət-Tiri bölgəsində şiə "Hizbullah" hərəkatının hədəflərinə hücum edib.
Publika.az xəbər verir ki, bu barədə İMQ-nin "Telegram" kanalı məlumat yayıb .
İsrail Müdafiə Qüvvələri "Hizbullah"ın atəşkəs razılaşmasını dəfələrlə pozmasına cavab olaraq terrorçu hərəkata zərbə endirdiyini iddia edir.
Bundan əvvəl İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Livanın cənubundakı Səidə şəhərindən 8 km məsafədə yerləşən Kfar Hatta kəndində şiə "Hizbullah" hərəkatının hərbi hədəflərinə zərbələr endirmişdi .