EN

Almaniya Ukraynaya “Patriot” HHM sistemlərini təhvil verdi

Bakı. Trend:

Almaniya artıq Ukraynaya öz 12 "Patriot" hava hücumundan müdafiə(HHM) sistemindən 5-ni təhvil verib.

Trend xəbər verirki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius “istəklilərkoalisiyası”nın görüşünün yekunları üzrə keçirilən mətbuatkonfransında bildirib.

O qeyd edib ki, hava hücumundan müdafiə Ukraynaya dəstəyinprioritetlərindən biridir. “Almaniya artıq öz 12 "Patriot"sistemindən 5-ni təhvil verib. Biz ardıcıl olaraq "IRIS-T"sistemlərini, idarəolunan raketləri və müxtəlif tipli döyüşsursatlarını tədarük edirik”, – Pistorius deyib və əlavə edib ki,2026-cı ildə Ukraynaya dəstək üçün Almaniyanın federal büdcəsində11,5 milyard avro nəzərdə tutulub.

Nazir bildirib ki, HHM və pilotsuz uçuş aparatları şəklindədaimi dəstəkdən əlavə, Almaniya uzaqmənzilli artilleriya üçün döyüşsursatlarının maliyyələşdirilməsini də təmin edəcək.

“Tərəfdaş ölkələrin sənayesinin Ukrayna ilə sıx əməkdaşlığıbizim üçün vacibdir. Ona görə çox şadam ki, Almaniyada birgəmüəssisə çərçivəsində Ukrayna pilotsuz uçuş aparatlarınınistehsalına başlanılıb”, – Pistorius əlavə edib.

Onun sözlərinə görə, digər tərəfdaş ölkələrin ümumilikdə 30raket ianə etməsi şərti ilə Almaniya Ukraynaya 5 ədəd "PAC-3"tutucu raketi təqdim edəcək.

Pistorius vurğulayıb ki, Ukrayna bundan sonra da Almaniyanındəstəyinə arxalana bilər.

Chosen
5
4
az.trend.az

5Sources