EN

Uğursuz SÜRPRİZ: Sevgilisinə sürpriz etmək istəyən gəncin bütün maaşı GÖYƏ UÇDU – VİDEO

Sevgilisinə sürpriz etmək istəyən gəncin bütün maaşı göyə uçub.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Gənc oğlan münasibətlərinin ildönümü münasibətilə sevgilisinə fərqli bir sürpriz hazırlamaq qərarına gəlib.

O, bir ay ərzində qazandığı bütün maaşını hava şarlarına bağlayaraq ona hədiyyə etmək istəyib. Lakin hadisələr gözlənilməz məcrada davam edib.

Gənc pulları şarlara bağlayaraq havaya buraxıb, lakin sevgilisi onları vaxtında tuta bilməyib. Nəticədə gəncin bütün aylıq qazancı bir neçə saniyə ərzində göyə uçaraq yoxa çıxıb.

Baş verən hadisədən sonra cütlük arasında maraqlı dialoq yaşanıb.

Pulu itirdiyi üçün məyus olan gəncin “Bu mənim bütün maaşım idi…” sözlərinə sevgilisi sadəcə “Get, yenisini qazan!” deyərək reaksiya verib.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
33
1
interpress.az

2Sources