EN

ABŞ etiraz aksiyaları zamanı İrana gizli yolla minlərlə Starlink terminalı göndəribmiş

ain.az bildirir, Oxu.az portalına istinadən.

ABŞ Prezidenti Donald Trampın administrasiyası İranda kütləvi etirazlar zamanı hakimiyyətin interneti məhdudlaşdırması fonunda ölkəyə gizli şəkildə minlərlə "Starlink" terminalı göndərib.

Oxu.Az bildirir ki, bu barədə "The Wall Street Journal" nəşri ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ İrana təxminən 6 min "Starlink" komplekti çatdırıb. Qəzet qeyd edir ki, bu, ABŞ hökuməti tərəfindən terminalların İrana ilk birbaşa tədarüküdür.

Bundan əvvəl ABŞ Dövlət Departamenti İranda fəallara internet məhdudiyyətlərini aşmağa kömək etmək məqsədilə təxminən 7 min "Starlink" cihazı satın almışdı.

Mənbələrin sözlərinə görə, Donald Tramp "Starlink" terminallarının İrana göndərilməsi barədə məlumatlı olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
30
oxu.az

1Sources