EN

Bloqerdən ŞOK EKSPERİMENT: Evini ponçiklə İSİTDİ – VİDEO

Polşalı bloqer odun baha gəldiyi üçün evini ponçiklə isidib.

İnterpress.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.

Polşalı bloqer evini isitmək üçün odun əvəzinə ponçiklərdən istifadə edib. O, hesablayıb ki, bu üsul ənənəvi odunla isitməkdən daha sərfəlidir.

Bloqerin hesablamalarına görə, marketdən alınan bir ədəd ponçikin tərkibində təxminən 440 kkal enerji var. Bu isə o deməkdir ki, 133 ədəd ponçik təxminən 10 kq məhsul deməkdir.

Həmin miqdarda ponçikin istilikvermə qabiliyyəti təxminən 18.5 MC/kq təşkil edir ki, bu da ağac briketləri ilə eyni göstəricidir. Bunun səbəbi ponçikin tərkibindəki şəkər və yağın yanma zamanı yüksək miqdarda istilik ayırmasıdır.

Eksperiment nəticəsində evdəki temperatur 14°C-dən 22°C-yə qədər yüksəlib. Ponçiklər ocaqda təxminən 5 saat ərzində yanıb.

Maliyyə xərclərinə gəldikdə, 10 kq ponçik bloqerə cəmi 12 zlotiya (təxminən 5.15 manat) başa gəlib. Müqayisə üçün qeyd edilir ki, eyni çəkidə odun almaq üçün 19 zloti (təxminən 8.15 manat) ödəmək lazımdır. Beləliklə, şirniyyatla evi isitmək odunla müqayisədə xeyli ucuz başa gəlib.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
29
interpress.az

1Sources