EN

UEFA-nın illik gəliri 5 milyard avronu ötdü

UEFA 2024/2025 mövsümünün maliyyə gəlirlərini açıqlayıb. Metbuat.az xəbər verir ki, qurumun rəsmi saytında dərc olunan hesabata əsasən, bütün turnirlər üzrə ümumi gəlir 5 milyard avronu ötüb.

Bu göstərici əvvəlki mövsümlə müqayisədə 737 milyon avro çoxdur. Artımın əsas hissəsi kişilər arasında keçirilən klub turnirlərinin payına düşür.

Chosen
18
4
metbuat.az

6Sources