EN

Qaradağda yanğın zamanı tüstüdən zəhərlənənlərin adları məlum oldu

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi, 32 ünvanında baş verən yanğın zamanı tüstüdən zəhərlənən şəxslərin adları və vəziyyətləri məlum olub.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, tüstüdən zəhərlənənlər 1971-ci il təvəllüdlü Gülər Həsən qızı Həsənova, 2004-cü il təvəllüdlü Nərmin Vüqar qızı Xəlilova və 2024-cü il təvəllüdlü Elza Şahmaz qızı Xəlilovadır.

Hazırda onların müalicəsi Kliniki Tibbi Mərkəzdə davam etdirilir. Zərərçəkənlərin vəziyyəti orta-ağır qiymətləndirilir.


Telegram kanalımız
Chosen
63
yenisabah.az

1Sources