Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi, 32 ünvanında baş verən yanğın zamanı tüstüdən zəhərlənən şəxslərin adları və vəziyyətləri məlum olub.
"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, tüstüdən zəhərlənənlər 1971-ci il təvəllüdlü Gülər Həsən qızı Həsənova, 2004-cü il təvəllüdlü Nərmin Vüqar qızı Xəlilova və 2024-cü il təvəllüdlü Elza Şahmaz qızı Xəlilovadır.
Hazırda onların müalicəsi Kliniki Tibbi Mərkəzdə davam etdirilir. Zərərçəkənlərin vəziyyəti orta-ağır qiymətləndirilir.
Telegram kanalımız