EN

"Çelsi" 23 yaşlı kiper üçün 50 milyon ödəməyə hazırdır

"Brayton"un gənc qolkiperi Bart Verbruggen ətrafında transfer mübarizəsi qızışır.

Fanat.Az xəbər verir ki, "Çelsi" 23 yaşlı qapıçı üçün "Bavariya"ya rəqib olmağa hazırdır.

London klubu niderlandlı istedad üçün tələb olunan 50 milyon funt-sterlinqlik təzminatı ödəməyə razıdır. 2023-cü ildə "Anderlext"dən transfer olunduqdan sonra Verbruggen Avropanın ən yüksək reytinqli gənc qapıçılarından birinə çevrilib.

"Çelsi"nin baş məşqçisi Liam Rosenior qeyri-sabit çıxış edən Robert Sançesə daha güclü rəqabət yaratmaq niyyətindədir. Məhz bu səbəbdən "zadəganlar" "qağayılar"ın 50 milyonluq tələbini qarşılamağı planlaşdırır.

Hazırda bir çox Avropa nəhənginin də gənc əlcək sahibini yaxından izlədiyi bildirilir. Transferin yay transfer pəncərəsində rəsmiləşmə ehtimalı olduqca yüksəkdir.

Kamil Xudiyev

Chosen
6
fanat.az

1Sources