EN

Sadəcə doğum tarixiniz kifayətdir ChatGPT yə yazacağınız bu 6 prompt sizi təəccübləndirəcək

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Süni intellekt artıq təkcə işlərimizi asanlaşdıran bir vasitə deyil, həm də insanın özünü daha dərindən tanıması üçün maraqlı bələdçiyə çevrilib. Son dövrlərdə sosial şəbəkələrdə geniş yayılan və böyük maraq doğuran metodlardan biri də ChatGPT vasitəsilə doğum tarixinə əsaslanan analizlərdir. X platformasında geniş müzakirə olunan və hətta astroloqlara ehtiyacı aradan qaldırdığı iddia edilən 6 xüsusi əmr (prompt) diqqət çəkir.Demokrat.az xəbər verir ki, doğum tarixinizi daxil etməklə ChatGPT-dən ala biləcəyiniz maraqlı cavablar üçün aşağıdakı şablonlardan istifadə edə bilərsiniz.Həyat kodunun analizi

Bu sorğu vasitəsilə süni intellekt şəxsiyyətinizin daha dərin qatlarını təhlil edir. Numeroloji və psixoloji yanaşmaya əsaslanaraq güclü və zəif tərəflərinizi, təbii istedadlarınızı və həyatdakı əsas məqsədinizi müəyyənləşdirməyə çalışır.İstifadə edə biləcəyiniz prompt:

“Doğum tarixim: (GG.AA.İİİİ). Numeroloji və psixoloji yanaşma əsasında şəxsiyyətimin dərin analizini et. Güclü və zəif tərəflərimi, təbii istedadlarımı, daxili motivasiyalarımı və həyatdakı əsas məqsədimi strukturlaşdırılmış və əsaslandırılmış formada təqdim et.”Ruhun missiyasını müəyyənləşdirmək

Əgər bu dünyadakı əsas dərsinizin və ruhsal məqsədinizin nə olduğunu öyrənmək istəyirsinizsə, bu sorğu sizin üçün uyğundur. Analiz gündəlik həyatınızı daxili məqsədlərinizlə necə uyğunlaşdıra biləcəyinizə də aydınlıq gətirir.İstifadə edə biləcəyiniz prompt:

“Doğum tarixim: (GG.AA.İİİİ). Bu tarixə əsaslanaraq ruhsal missiyamı və həyatda öyrənməli olduğum əsas dərsləri təhlil et. Gündəlik həyatımı bu missiya ilə uyğunlaşdırmaq üçün praktik və tətbiq oluna bilən 5 konkret tövsiyə ver.”Karyera və uğur bələdçisi

Peşəkar istiqamətinizi müəyyənləşdirmək və potensialınızı düzgün sahədə dəyərləndirmək üçün bu əmrdən yararlana bilərsiniz. Süni intellekt qərarvermə xüsusiyyətlərinizi analiz edərək uyğun karyera sahələrini göstərir.İstifadə edə biləcəyiniz prompt:

“Doğum tarixim: (GG.AA.İİİİ). Xarakter xüsusiyyətlərim və potensial güclü tərəflərim əsasında mənə ən uyğun 3 karyera istiqamətini müəyyən et. Həmçinin uzaq durmalı olduğum 1 sahəni əsaslandıraraq izah et.”Münasibətlərdə tale xəritəsi

Sevgi və münasibətlər sahəsində özünüzü daha yaxşı anlamaq və uyğun tərəfdaş profilini müəyyənləşdirmək üçün bu sorğudan istifadə edə bilərsiniz.İstifadə edə biləcəyiniz prompt:

“Doğum tarixim: (GG.AA.İİİİ). Sevgi və münasibətlər baxımından xarakter analizimi apar. Mənim üçün ən uyğun tərəfdaş tipini təsvir et, münasibətlərdə öyrənməli olduğum əsas dərsləri izah et və sağlam münasibət qurmaq üçün 5 tövsiyə ver.”Sərvət və bolluq strategiyası

Maliyyə davranışlarınızı və pul ilə münasibətinizi analiz edərək fərdi strategiya əldə etmək mümkündür. Bu sorğu maliyyə səhvlərini və potensial imkanları üzə çıxarmağa kömək edir.İstifadə edə biləcəyiniz prompt:

“Doğum tarixim: (GG.AA.İİİİ). ‘Pul xarakterimi’ analiz et. Maliyyə ilə bağlı güclü və zəif tərəflərimi göstər, uzaq durmalı olduğum səhvləri qeyd et və gəlirimi artırmaq üçün konkret strategiya planı hazırla.”Gələcəyin zaman xəritəsi

Həyat yolunuzun ümumi dinamikasını anlamaq və qarşıdakı dövr üçün istiqamət müəyyənləşdirmək istəyirsinizsə, bu əmrdən yararlana bilərsiniz.İstifadə edə biləcəyiniz prompt:

“Doğum tarixim: (GG.AA.İİİİ). Həyat yolumun ümumi dinamikasını analiz et. Keçmiş təcrübələrimin indiki vəziyyətimə təsirini izah et və qarşıdakı 5 il üçün mümkün inkişaf istiqamətlərini və diqqət etməli olduğum riskləri strukturlaşdırılmış formada təqdim et.”Siz də bu metodlardan birini sınaqdan keçirərək nəticələrin həyatınızla nə dərəcədə uyğun gəldiyini müşahidə edə bilərsiniz.Kənan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
25
demokrat.az

1Sources