EN

Tramp apreldə Çinə səfər etməyi planlaşdırır

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp apreldə Çinə səfər etmək niyyətindəolduğunu açıqlayıb və Çin Prezidenti Si Cinpinin daha sonra ABŞ-yəcavab səfəri edəcəyini bildirib.

Trend xəbər verirki, bu barədə Tramp Ağ Evdə media nümayəndələri ilə söhbəti zamanıdanışıb.

“Aprel ayında Prezident Si Cinpinlə görüşməyi planlaşdırıram.Bunu səbirsizliklə gözləyirəm. O, bu ilin sonlarında bizi ziyarətedəcək və mən də bunu səbirsizliklə gözləyirəm”, – deyə Tramp qeydedib.

ABŞ Prezidenti əlavə edib ki, ABŞ-Çin münasibətləri, eləcə dəÇin lideri ilə şəxsi münasibətləri hazırda əla vəziyyətdədir.

Chosen
25
1
az.trend.az

2Sources