EN

Çilidə 6,2 ballıq zəlzələ baş verib

Çilidə 6,2 ballıq zəlzələ baş verib

Çilidə 6,2 gücündə zəlzələ qeydə alınıb.

ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) zəlzələnin episentrinin Kokimbo bölgəsindəki Ovalye şəhərindən 32 kilometr cənub-qərbdə yerləşdiyini açıqlayıb. 36,9 kilometr dərinlikdə baş verən 6,2 ballıq yeraltı təkanlar zamanı ilkin məlumatlara görə, can və mal itkisi qeydə alınmayıb.

Zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib. Dünyada seysmik fəallığın ən yüksək olduğu ölkələrdən biri olan Çili "Sakit okean odlu halqası" kimi tanınan seysmik qurşaqda yerləşir.

Chosen
30
afn.az

1Sources