EN

Rahim Sterlinq “Feyenoord”a keçib

Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İngiltərə yığmasının, “Mançester Siti” və “Çelsi”nin keçmiş cinah oyunçusu Rahim Sterlinq “Feyenoord”a sərbəst agent kimi keçib.

İdman.Biz-in xəbərinə görə, Niderland klubunun mətbuat xidməti bu barədə X sosial media səhifəsində məlumat verib.

31 yaşlı cinah oyunçusunun son klubu 2022-ci ilin yayından bəri oynadığı “Çelsi” olub. Sterlinq bu mövsüm bir dənə də olsun oyun keçirməyib. 28 yanvarda London klubu ingilis hücumçunun ayrıldığını açıqlayıb. O, “Mançester Siti” ilə dörd İngiltərə çempionluğunu qazanıb. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 5 milyon avrodur.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
11
1
icma.az

2Sources