EN

Yığmamızın rəqibləri bəlli olub

 

Bu gün Belçikanım paytaxtı Brüsseldə UEFA Millətlər Liqası turnirinin 2026/27-ci illər mövsümünün püşkatma mərasimi keçirilib.

 

Püşkatma Bakı vaxtı ilə saat 21:00-da başlayıb.

 

D Liqasının 1-ci səbətində yer alan Azərbaycan milli komandasının rəqibləri də müəyyənləşib. Yığmamız 2-ci qrupda yer alacaq. Komandamız Litva və Lixtenşteynlə qarşılaşacaq.

 

Qeyd edək ki, UEFA Millətlər Liqasının yeni mövsümünə sentyabrın 24-də start veriləcək. Qrup mərhələsinin son oyunları noyabrda keçiriləcək. Turnirin final mərhələsi isə 2027-ci ilin iyun ayında baş tutacaq.

 

UEFA Millətlər Liqası

 

2026/2027 mövsümü

 

A Liqası

 

1-ci səbət: Portuqaliya, İspaniya, Fransa, Almaniya

 

2-ci səbət: İtaliya, Niderland, Danimarka, Xorvatiya

 

3-cü səbət: Serbiya, Belçika, İngiltərə, Norveç

 

4-cü səbət: Uels, Çexiya, Yunanıstan, Türkiyə

 

B Liqası

 

1-ci səbət: Şotlandiya, Macarıstan, Polşa, İsrail

 

2-ci səbət: İsveçrə, Bosniya və Herseqovina, Avstriya, Ukrayna

 

3-cü səbət: Sloveniya, Gürcüstan, İrlandiya, Rumıniya

 

4-cü səbət: İsveç, Şimali Makedoniya, Şimali İrlandiya, Kosovo

 

C Liqası

 

1-ci səbət: İslandiya, Albaniya, Monteneqro, Qazaxıstan

 

2-ci səbət: Finlandiya, Slovakiya, Bolqarıstan, Ermənistan

 

3-cü səbət: Belarus, Farer adaları, Kipr, Estoniya

 

4-cü səbət: Latviya/Cəbəllütariq cütünün qalibi, Lüksemburq/Malta cütünün qalibi, Moldova, San Marino

 

D Liqası

 

1-ci səbət: Azərbaycan, Litva, Latviya/Cəbəllütariq cütünün məğlubu, Lüksemburq/Malta cütünün məğlubu

 

2-ci səbət: Lixtenşteyn, Andorra

 

Pley-offda məğlub tərəf reytinqdə 49-52-ci yerlərdən birini tutsa, birinci səbətdə qalacaq. 53 və ya 54-cü yerdə qərarlaşsa, ikinci səbətə düşəcək. Bu cütlər püşkdə həmin yerlərin sahibləri kimi təmsil olunacaqlar.

 

Apasport

Tarix: 12 Fevral 2026, 22:41   
Chosen
16
23
pravda.az

10Sources