EN

UEFA Millətlər Liqasının püşkü atıldı

UEFA Millətlər Liqasının püşkatma mərasimi keçirilib.

Fanat.Az xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə təşkil olunan tədbirdə A, B, C və D liqalarında qrupların tərkibi müəyyənləşib.

A Liqasının I qrupunda yer alan qardaş ölkə Türkiyə seçməsi Fransa, İtaliya və Belçika kimi güclü yığmalara rəqib olub.

UEFA Millətlər Liqasının 2026/2027 mövsümü

A liqası

1-ci qrup: Fransa, İtaliya, Belçika, Türkiyə

2-ci qrup: Almaniya, Niderland, Serbiya, Yunanıstan

3-cü qrup: İspaniya, Xorvatiya, İngiltərə, Çexiya

4-cü qrup: Portuqaliya, Danimarka, Norveç, Uels 

B liqası

1-ci qrup: Şotlandiya, İsveçrə, Sloveniya, Şimali Makedoniya

2-ci qrup: Macarıstan, Ukrayna, Gürcüstan, Şimali İrlandiya

3-cü qrup: İsrail, Avstriya, İrlandiya, Kosovo

4-cü qrup: Polşa, Bosniya və Herseqovina, Ruminiya, İsveç

C Liqası

1-ci qrup: Albaniya, Finlandiya, Belarus, San-Marino

2-ci qrup: Monteneqro, Ermənistan, Kipr, Latviya/ Cəbəllütariq cütünün qalibi

3-cü qrup: Qazaxıstan, Slovakiya, Farer adaları, Moldova

4-cü qrup: İslandiya, Bolqarıstan, Estoniya, Lüksemburq/Malta cütünün qalibi

D Liqası

1-ci qrup: Latviya/Cəbəllütariq cütünün məğlubu, Lüksemburq/Malta cütünün məğlubu, Andorra

2-ci qrup: Litva, Azərbaycan, Lixtenşteyn

Chosen
105
10
fanat.az

10Sources