EN

“Real”da heç bir problemim yoxdur”

“Real”ın yarımmüdafiəçisi Arda Gülər komanda daxilində təzyiqə məruz qalması ilə bağlı iddialara münasibət bildirib.

90deqiqe.Az-ın məlumatına görə, türkiylə futbolçu bu barədə sosial şəbəkə hesabında yazıb.

“Karyeramın əvvəlində mənə dəstək olan Serhat Pekmezçinin son açıqlamalarını kədərlə izlədim. Amma ‘Real’dakı ilk günümdən məni çox isti qarşıladılar. Bu klubu ailəm kimi görürəm və burada oynadığım üçün qürur duyuram. Bu gerbi uzun illər qorumaq istəyirəm. Çox güclü komandamız var və komanda yoldaşlarımla birlikdə oynamaqdan xoşbəxtəm. Bu mövzuda yayılan şərhlərə diqqət yetirməməyinizi xahiş edirəm”.

Qeyd edək ki, futbolçunun sabiq məşqçisi Serhat Pekmezçi daha əvvəl Gülərin “Real”da komanda yoldaşları ilə problemlər yaşadığını və bəzi oyunçular tərəfindən təzyiq gördüyünü iddia etmişdi.

Chosen
16
90deqiqe.az

1Sources