EN

Eyyub Hüseynzadənin təşkilatçılığı ilə Emre Aydın Bakıda - FOTOLAR

Məşhur təşkilatçı Eyyub Hüseynzadə və onun təsis etdiyi “Anadolu events” şirkətinin təşkilatçılığı ilə türkiyəli müğənni Emre Aydın Bakıdadır. 

Hit.az xəbər verir ki, bu gün paytaxta təşrif buyuran sənətçini hava limanında jurnalistlər qarşıladılar.

Bakıda olmaqdan və burada çıxış etməkdən böyük məmnunluq hissi duyduğunu söyləyən ulduz qonaq konsert üçün xüsusi sürpizlər hazırladığını bildirib. 

Qeyd edək ki, Emre Aydının konserti sabah Bakı Konqres Mərkəzində baş tutacaq.

Chosen
11
2
hit.az

3Sources