EN

“Real”da Mbappe ŞOKU

"Real" İspaniya La Liqasının 24-cü turunun "Real Sosyedad"la matçına ciddi itki ilə çıxacaq.

Bizim.Media xəbər verir ki, Kilian Mbappe komandaya kömək edə bilməyəcək. Bu barədə yerli mətbuat məlumat yayıb.
 

Fransalı hücumçunun dizində zədə var. 27 yaşlı forvard komandanın son iki məşqində iştirak etməyib. "Real Sosyedad"la görüş fevralın 14-də Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.


Qeyd edək ki, Kilian Mbappe bu mövsüm "Real"In heyətində meydana çıxdığı 31 rəsmi matçda 38 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
18
4
bizim.media

5Sources