EN

Azərbaycanda tədqiqatı başa çatan PISA nəticələri ilin sonunda açıqlanacaq

Azərbaycanda tədqiqatı başa çatan 15 yaşlı şagirdlərin bilik və bacarıqlarını qiymətləndirən PISA (Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı) nəticələri bu ilin noyabr-dekabr aylarında ictimaiyyətə açıqlanacaq.

Bu barədə "Far.Az"un sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Təhsil İnstitutundan (ARTİ) məlumat verilib.

Qeyd olunub ki, hazırda şagirdlərin açıq suallarının yoxlanılması prosesi gedir. Tədqiqatın nəticələri bu ilin aprel-may aylarında məktəblərə göndəriləcək. İlin sonunda isə nəticələr ictimaiyyətə açıqlanacaq.

Xatırladaq ki, qiymətləndirmə 8 dekabr 2025- 8 fevral 2026-cı il tarixlərində keçirilib. Tədqiqat ölkənin 14 iqtisadi regionunu əhatə etməklə 200 məktəbdə təşkil olunub, 9000-dən çox 15 yaşlı şagird iştirak edib. Qiymətləndirmə çərçivəsində şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə bilik və bacarıqları ölçülüb.

PISA tədqiqatı ölkə üzrə təhsil səviyyəsini digər ölkələrlə müqayisə etməyə, təhsil siyasəti ilə bağlı qərarlar verməyə imkan verir.

Azərbaycanda tədqiqatı Elm və Təhsil Nazirliyi və ARTİ icra edib.

Chosen
39
2
far.az

3Sources