Suriya hökuməti ölkənin cənubundakı Tanf hərbi bazasını ABŞ-dan təhvil alıb. Suriya ordusunun bölmələri baza və ətrafında yerləşdirilib.
"Unikal" xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyinin yaydığı bəyanatda əks olunur.
Vurğulanır ki, ABŞ tərəfi ilə koordinasiya şəraitində Suriya qüvvələri Tanf səhrasında İordaniya, İraq və Suriya sərhədlərinin kəsişməsində bazada yerləşiblər.
Qeyd edilib ki, İŞİD-ə qarşı beynəlxalq koalisiya qüvvələri bir neçə gündür, Tanf bazasını tərk edərək İordaniyaya keçiblər.