EN

Bakıda Küveytin Milli Günü qeyd olunub - FOTO

Fevralın 12-də Bakıda Küveytin 65-ci Milli Günü və 35-ci Qurtuluş Gününün ildönümü münasibətilə tədbir keçirilib.

APA xəbər verir ki, Küveytin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə əvvəlcə iki ölkənin Dövlət himnləri səsləndirilib. Sonra çıxış edən Küveytin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Feysal əl-Mutairi Küveyt və Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə yüksəksəviyyəli əlaqələrdən mövcüd olduğunu deyib:

"Siyasi əlaqələrdən bəhs edərkən qeyd etmək lazımdır ki, iki ölkə arasında beynəlxalq arenada bir çox məsələlərdə, o cümlədən müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində namizədliklərin qarşılıqlı dəstəklənməsi sahəsində, həmçinin BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində yüksək əməkdaşlıq və koordinasiya mövcuddur”.

Səfir 14 fevral 2025-ci il tarixində Küveyt Dövlətində baş tutmuş iki ölkənin xarici işlər nazirlikləri arasında nazir müavinləri səviyyəsində siyasi məsləhətləşmələrin ilk iclasının nəticələri çox səmərəli olduğunu deyib.

Onun sözlərinə görə, son vaxtlar Küveytdən Azərbaycana turist axını böyük sürətlə artıb: “Belə ki, 2025-ci il ərzində Azərbaycana gələn küveytli turistlərin sayı əvvəlki illərə nisbətən daha da artaraq 30 min nəfərə yaxın olub. Hazırda ölkələrimiz arasında həftədə 4 aviareys həyata keçirilir”.

O, qeyd edib ki, Küveyt Dövləti bu il Bakı şəhərinin ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında fəal şəkildə iştirak edəcək: "Bu mühüm tədbirin burada keçirilməsi Azərbaycanın regional və beynəlxalq müstəvidə özünəməxsus yeri və rolu olduğunu bir daha sübut edir".

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov iki ölkə arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını vurğulayıb. O bildirib ki, 1994-cü ildən etibarən qurulan diplomatik əlaqələr daim inkişaf edib və bu gün də möhkəmlənməkdədir.

"Azərbaycan və Küveyt arasında əməkdaşlıq əlaqələri təkcə ikitərəfli müstəvidə deyil, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla davam edir. Xüsusilə, BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər mühüm beynəlxalq platformalar daxilində fəal əməkdaşlıq aparılır", - deyə nazir müavini əlavə edib.

Nazir muavini işgal dövründə Küveytin Azərbaycan ərazi bütövlüyü və süverenliyinin bərbasına verdiyi dəstəyin Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.

Tədbir ziyafətlə davam edib.

Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda
Chosen
6
1
apa.az

2Sources