EN

Azərbaycan-Türkiyə müttəfiqlik münasibətləri müzakirə edildi

BAKI, 12 fevral. TELEQRAF

Türkiyə xarici işlər nazirinin müavini Zeki Levent Gümrükçü Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədovla görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

Qeyd edilib ki, görüşdə Azərbaycan-Türkiyə müttəfiqlik münasibətləri çərçivəsində regional və beynəlxalq proseslər, habelə ortaq gündəmdə yer alan məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Chosen
19
teleqraf.com

1Sources