EN

BMW sahiblərinə xəbərdarlıq

ain.az, Milli.az saytına istinadən bildirir.

Almaniyanın avtomobil nəhəngi BMW yanğın təhlükəsi ilə bağlı dünya üzrə genişmiqyaslı geri çağırma kampaniyasına start verir.

Milli.Az xəbər verir ki, müxtəlif modifikasiyalara aid ümumilikdə 575 min avtomobil geri çağırılacaq. Şirkət daxilində aparılan texniki araşdırmalar zamanı müəyyən olunub ki, bəzi nəqliyyat vasitələrində mühərrikin işə salınması zamanı elektrik sistemində qısaqapanma yarana bilər. Bu nasazlıq isə ekstremal hallarda avtomobilin alışmasına gətirib çıxara bilər.

Problem bir neçə model xəttini əhatə edir. Siyahıda 2-Series Coupe, 3, 4 və 5-ci seriyaların bəzi versiyaları, eləcə də 6-Series Gran Turismo və 7-Series Limousine modelləri yer alır. Bundan başqa, X4, X5, X6 krossoverləri və Z4 rodsteri də geri çağırılan avtomobillər arasındadır.

Asya

Milli.Az 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
11
1
news.milli.az

4Sources