EN

"Müharibə biznesə zərərdir": Orban Aİ-ni Ukraynaya pul verməməyə çağırdı

Macarıstanın Baş naziri Viktor Orban digər ölkələri Ukraynaya pul göndərməməyə çağıraraq bildirib ki, "müharibə biznes üçün zərərlidir".

Qaziler.az bildirir ki, bu barədə "Politico" məlumat yayıb.

Macarıstanlı siyasətçi digər ölkələrə müraciət edərək "Müharibəni dayandırın. Müharibə biznes üçün zərərlidir" deyə bildirib.

Bundan əlavə, o, "rəqabət" sözünü heç sevmədiyini qeyd edib.

 "Nə qədər normal insanın bunun nə demək olduğunu başa düşdüyünə dair bəzi şübhələrim var", - Orban qeyd edib.

Macarıstanın baş naziri Almaniya kansleri Fridrix Merzin liderliyi ilə bağlı suala da cavab verib. Orban onun adını çəkməyib, lakin "onun rəhbərliyi zəifdir" deyib.

QAZİLER.AZ

 

Chosen
27
qaziler.az

1Sources