EN

“Prezident İlham Əliyevin xarici siyasət kursu Azərbaycanı qlobal proseslərin mühüm iştirakçısına çevirir” Fərid Şahbazlı

ain.az bildirir, Bizim media saytına əsaslanaraq.

“Azərbaycan–ABŞ münasibətlərində yeni və keyfiyyətcə fərqli bir mərhələnin əsasları formalaşmaqdadır. Bu mərhələ təkcə siyasi dialoqun intensivləşməsi ilə məhdudlaşmır, eyni zamanda konkret layihələrə, institusional əməkdaşlıq mexanizmlərinə və uzunmüddətli strateji maraqların uzlaşdırılmasına əsaslanır. Enerji təhlükəsizliyi, müdafiə, texnoloji tərəfdaşlıq və regional nəqliyyat inteqrasiyası kimi istiqamətlər ikitərəfli münasibətlərin dərinləşməsində aparıcı rol oynayır”.Bizim.Media xəbər verir ki, bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.Onun sözlərinə görə, son dövrlərdə Azərbaycanla ABŞ arasında yüksəksəviyyəli təmasların artması Prezident İlham Əliyevin praqmatik və balanslı xarici siyasət kursunun növbəti uğurlu nəticəsidir.F.Şahbazlı deyib ki, siyasi əməkdaşlıq artıq iqtisadi tərəfdaşlıqla və real maraqlara əsaslanan əməkdaşlıq modeli ilə tamamlanır:“Dövlət başçıları arasında formalaşmış qarşılıqlı etimad, xüsusilə Donald Trampın birinci prezidentlik dövründə qoyulmuş siyasi əsaslar bu gün münasibətlərin strateji səviyyəyə yüksəlməsinə imkan verir.

 

ABŞ-ın Vitse-prezidenti Cey Di Vensin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə keçirilən görüşlər bu kontekstdə mühüm siyasi hadisədir. Səfər çərçivəsində imzalanan ABŞ–Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası münasibətləri rəsmi şəkildə strateji müstəviyə çıxarıb. Xartiyada Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə birmənalı dəstəyin təsbit olunması fundamental siyasi mesajdır və gələcək əməkdaşlıq üçün dəyişməz prinsip kimi çıxış edir.

Sənəd, eyni zamanda, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Bu, Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsinə, sərhədlərin, enerji və nəqliyyat infrastrukturunun daha effektiv qorunmasına xidmət edir. Regionun qlobal enerji və nəqliyyat dəhlizləri baxımından artan əhəmiyyəti fonunda bu əməkdaşlıq regional sabitlik üçün də mühüm amildir”.Siyasi şərhçi bildirib ki, Vensin Bakı səfəri eyni zamanda Azərbaycanın suverenliyini tam bərpa etməsindən sonra yaranmış yeni regional reallığın Qərb tərəfindən legitim siyasi statusda qəbul edildiyini nümayiş etdirir.Eyni zamanda, bu səfər ABŞ-ın Orta Dəhliz kimi qlobal logistik layihələrdə Azərbaycanın mərkəzi roluna verdiyi strateji dəstəyin göstəricisidir:“Azərbaycanın qlobal mövqeyi onun əlverişli geostrateji yerləşməsi ilə etibarlı enerji tərəfdaşı statusunun vəhdətindən qaynaqlanır. Avropanın enerji təhlükəsizliyinin şaxələndirilməsində Azərbaycanın oynadığı rol artıq yalnız iqtisadi deyil, kollektiv təhlükəsizlik kontekstində də qiymətləndirilir. Bu amil Bakının beynəlxalq siyasi çəkisini əhəmiyyətli dərəcədə artırır.ABŞ-ın Xəzər və Mərkəzi Asiya strategiyasının uğuru da böyük ölçüdə Azərbaycanın stabil və müstəqil qovşaq funksiyasından asılıdır. Bakı həm Şərq–Qərb, həm də Şimal–Cənub istiqamətlərində rasional əlaqələndirici rol oynayır.

 

Şübhəsiz ki, Tramp–Vens administrasiyasının regionla bağlı təşəbbüsləri sırasında Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsi xüsusi yer tutur. Layihə Azərbaycanın iki hissəsini birləşdirməklə yanaşı, region ölkələri vasitəsilə Asiya ilə Avropanı birləşdirən təhlükəsiz və iri həcmli nəqliyyat dəhlizi kimi nəzərdə tutulur və regional əməkdaşlığı təşviq edir.

Nəticə etibarilə, Vitse-prezident Cey Di Vensin səfəri və Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması siyasi, iqtisadi və təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır. Bu proses bir daha göstərir ki, Prezident İlham Əliyevin milli maraqlara əsaslanan balanslı xarici siyasət kursu Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirir və ölkəni qlobal proseslərin mühüm iştirakçısına çevirir”.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
17
2
bizim.media

3Sources