EN

NATO Ukraynanın döyüş şəraitində innovasiyalar və texnologiyalar sahəsindəki təcrübəsini öyrənir

Rusiya döyüşdə Ukrayna üzərində qələbə qazana bilmir, buna görə də mülki əhaliyə və infrastruktura hücum edir.

"Far.Az"un Avropa bürosunun məlumatına görə, bunu Ukraynanın müdafiə naziri Mixail Fyodorov Brüsseldə NATO-Ukrayna Şurasının qeyri-rəsmi iclasından əvvəl bildirib.

"Rusiya bizim mülki infrastrukturumuza, istilik və elektrik stansiyalarımıza hücum edir. Bu gün Rusiya yenidən Ukraynaya hücum edərək ən azı 24 ballistik raket buraxıb. Lakin biz mübarizəni davam etdiririk", - o deyib.

M.Fyodorov eyni zamanda göstərilən dəstəyə görə alyansın baş katibi Mark Rütteyə və bütün tərəfdaşlara təşəkkür edib.

Nazir cəbhədə cüzi nəticələr əldə edən Rusiyanın canlı qüvvədə böyük itkilər verməsi ilə bağlı Rüttenin sözlərini təsdiqləyib: "Dekabrda biz düşmənin 35 min, yanvarda isə 30 min hərbçisini məhv etmişik".

Alyansın baş katibinin sözlərinə görə, ötən həftə Kiyevdə yeni nazirlə ilk tanışlıq zamanı o, təlim və silah tədarükü məsələlərində NATO-nun dəstək göstərəcəyini vəd edib.

Bundan başqa, görüşdə Rütte qeyd edib ki, alyans Ukraynanın innovasiyaların tətbiqi, döyüş və müdafiədə qabaqcıl texnologiyaların istifadəsi təcrübəsindən lazımi nəticə çıxaracaq.

Chosen
31
1
far.az

2Sources