EN

35 illik dostunun şikayəti əsasında mühakimə olunan 71 yaşlı kişiyə bəraət verildi

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

41 illik dostunun şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilən 71 yaşlı Nazim Xudaverdiyevin günahsız olduğu təsdiqlənib.

Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm elan edilib.

Məhkəmə prosesində əvvəlcə ahıl müttəhimin vəkili Esmira Tağıyeva müdafiə çıxışı edib.

Vəkil bildirib ki, müvəkkili heç bir əsaslı sübut olmadan dələduzluq və rəsmi sənədləri saxtalaşdırma kimi ağır cinayətlərdə təqsirləndirilir.

Esmira Tağıyeva müdafiəsini Nazim Xudaverdiyevə qarşı dəfələrlə cinayət işinin başlanmasından imtina edilməsi, qarşı tərəfin müxtəlif vaxtlarda ziddiyyətli ifadələr verməsi və digər faktlarla əsaslandırıb.

Vəkil bütün bu əsaların nəzərə alınaraq müvəkkilinə bəraət verilməsini istəyib. Təqsirləndirilən şəxs də son sözündə ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş edib. Mahirə Kərimovanın sədrlik etdiyi məhkəmə kollegiyası müdafiə tərəfinin arqumentlərini əsaslı hesab edib.

Hökmə əsasən Nazim Xudaverdiyevə bəraət verilib. Həmçinin gələcəkdə təzminat tələb etmək hüququ izah edilib.

Qeyd edək ki, N.Xudaverdiyev həbsdə deyildi. Onun barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
24
4
globalinfo.az

5Sources