EN

Naxçıvan Kənd Təsərrüfatı Nazirliyinə 20 yeni vəzifə verildi

Bakı. Trend:

Naxçıvan Kənd Təsərrüfatı Nazirliyinin (KTN) vəzifələriartırılıb.

Trend-inməlumatına görə, bununla bağlı Naxçıvan Ali Məclisi sədrininbirinci müavini Bəxtiyar Məmmədov müvafiq Fərman imzalayıb.

Fərmana əsasən, KTN “Naxçıvan Muxtar Respublikasının KəndTəsərrüfatı Nazirliyi haqqında Əsasnamə” ilə müəyyən edilənfəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinəyetirəcək:

  • Naxçıvan Muxtar Respublikasında akvakultura obyektlərininistehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi,torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmənininkişafı ilə əlaqədar proqramlar hazırlamaq və onların icrasınıtəmin etmək;
  • şəhərlərdə balıq məhsullarının satışı üzrə ixtisaslaşmışbazarların təşkili üçün müvafiq torpaq sahələrinin ayrılmasınarazılıq verilməsini, torpaqların kateqoriyalara aid edilməsinə vəonların bir kateqoriyadan digərinə keçirilməsinə rəy verilməsinitəşkil etmək;
  • “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanunununtələbləri pozulduqda, qiymətli balıq və digər su bioresurslarınövlərinin üstün mühafizə rejimini müəyyən etmək, balıqçılıqsubyektlərinin uçotunu aparmaq;
  • daxili sularda suyun bioloji sərvətlərinin istismarı həcmini vəelmi əsaslandırılmış rejimini müəyyən etmək;
  • balıqartırma və balıqyetişdirmə müəssisələrinin fəaliyyətininəsas istiqamətlərini dəyişdirmədən balıqçılıq haqqındaqanunvericiliyə uyğun akvakultura əmtəə balıqçılığının yaradılmasıüçün tədbirlər görmək;
  • ixtisaslaşmış balıq məhsulları satışı bazarlarının yerləşməsxemini aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırmaqlamüəyyən etmək;
  • dövlət sifarişi ilə akvakultura təsərrüfatlarında balıq vədigər su bioresurslarının artırılması, bərpası, iqlimləşdirilməsiməqsədilə akvakultura subyektləri ilə müqavilələr bağlamaq,aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə balıq və digərsu bioresurslarının artırılması, bərpası, iqlimləşdirilməsi,balıqçılıq su obyektlərinin balıqçılıq təsərrüfatının monitorinqi,kadastrı və meliorasiyası işlərini həyata keçirmək;
  • qiymətli balıq növlərinin artırılması istiqamətində tədbirlərgörmək;
  • akvakultura təsərrüfatı subyektləri üçün bioloji və texnolojiəsaslandırmanı qeydiyyata almaq və şəhadətnamə vermək;
  • balıq və digər su bioresurslarının bərpası və mühafizəsiməqsədilə törədici balıqların və onların sürülərinin yaradılması,saxlanması, istifadəsi üzrə texniki normativ hüquqi aktlar qəbuletmək, törədici balıqların və onların sürülərinin uçotunuaparmaq;
  • balıq və digər su bioresurslarının iqlimləşdirilməsinə vəiqlimləşdirilmə obyektlərinin daşınmasına nəzarət etmək;
  • balıqçılıq haqqında qanunvericiliklə müəyyən olunmuş qaydadaartırılması və yetişdirilməsi nəzərdə tutulan keçici, yarımkeçicibalıqların törədicilərinin tədarükü məqsədilə balıq və digər subioresurslarının ov vətəgələrinin yaradılması barədə təkliflərhazırlamaq;
  • daxili su obyektlərindən səmərəli istifadə etməklə, artırılmasıvə yetişdirilməsi nəzərdə tutulan vətəgə əhəmiyyətli balıqnövlərinin törədici fondunun yaradılmasına və qorunubsaxlanılmasına dair təkliflər hazırlamaq;
  • balıqartırma müəssisələrində balıqçılıq haqqında texnikinormativ hüquqi aktlara uyğun olaraq törədici balıqların, balıqkörpələrinin və inkubasiya edilən kürülərin inventarlaşdırılmasınıaparmaq, balıq və digər su bioresursları körpələrinin suobyektlərinə buraxılışı aktını tərtib etmək;
  • Naxçıvan Muxtar Respublikasının su obyektlərində balıqçılığaaid qanunvericiliyə uyğun olaraq, beynəlxalq hüquq normalarıəsasında xarici dövlətlərin hüquqi və fiziki şəxslərinə, balıq vədigər su bioresurslarından istifadə hüququ verilməsini təminetmək;
  • balıq və digər su bioresurslarının sənaye ovu ilə məşğul olanhüquqi və fiziki şəxslərə vətəgə sahələrinin, idman və həvəskar ovüçün dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərinin və yaonların müəyyən hissəsinin ayrılmasına dair tədbirlər görmək;
  • daxili sularda suyun bioloji sərvətlərinin istismarının həcminivə elmi əsaslandırılmış rejimini müəyyən etmək, o cümlədən, onlarınovu və artırılması ilə bağlı işləri tənzimləməklə, süni yollaçoxaldılmasını həyata keçirmək;
  • hər il növbəti təqvim ili üçün balıq və digər subioresurslarının ovunun ümumi yol verilən miqdarının (kvotasının),balıq və digər su bioresurslarının ovu üçün kvotaların ov növləriüzrə bölgüsünü müəyyənləşdirmək;
  • təbii balıqçılıq su obyektlərinə balıq və digər subioresurslarının yeni növlərinin və hibrid formalarınınburaxılmasına nəzarət etmək;
  • Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilmişnadir və nəsli kəsilməkdə olan balıq və digər su bioresurslarınınqorunması üçün müvafiq rejim və xüsusi mühafizə olunan su sahələri(akvatoriyalar) müəyyən etmək.
Chosen
429
8
az.trend.az

9Sources