EN

Gənc oğlanı qaçırıb evlənməyə məcbur etdilər

Hindistanda gənc oğlan qaçırılaraq narkotik maddələrin təsiri altında evlənməyə məcbur edilib.

Publika.az "Times of India"ya istinadla xəbər verir ki, hadisə ölkənin Samastipur dairəsində baş verib.

22 yaşlı tələbə Nitiş Kumar fevralın 7-də küçədə tanıdığı şəxslərlə qarşılaşıb. Onlar gəncə tərkibinə yuxugətirici maddə qatılmış sərinləşdirici içki təklif ediblər. Nitiş ayıldıqda artıq əsirlikdə olduğunu anlayıb. Onu iki gün ərzində qapalı məkanda saxlayaraq müntəzəm olaraq sakitləşdirici dərmanlar veriblər, daha sonra isə qonşu kənddən olan Lakşmi Kumari adlı qızla evlənməyə məcbur ediblər. Toy mərasimi zamanı gəncin huşunun yerində olmadığı və ətrafdakıların köməyinə ehtiyac duyduğu bildirilir.

Əsirlikdə olduğu müddətdə Nitiş gizlicə kömək istədiyi bir video müraciət yazmağa nail olub. Videonu izləyən ailəsi dərhal polisə müraciət edib. Fevralın 10-u hüquq-mühafizə orqanları reyd keçirərək gənci azad edib və ailəsinə təhvil veriblər.

Chosen
142
publika.az

1Sources