EN

Samvel Karapetyanın Rusiya pasportunun fotosu yayıldı... Baş nazir ola bilməz...

Moderator.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Məlum olduğu kimi, Narek Karapetyan "Güclü Ermənistan" partiyasının baş nazirliyə namizədinin Samvel Karapetyan olduğunu açıqlayıb.

Moderator.az xəbər verir ki, "Armtimes" nəşrininn yaydığı məlumata görə, onun açıqlamasından sonra telegram-kanallarında Samvel Karapetyanın Rusiya pasportunun fotosu dərc edilib.

Vətəndaşlar iddia edirlər ki, o, ikili vətəndaşlığı olduğu üçün namizədliyini irəli sürə bilməz və Ermənistan qanunvericiliyi ikili vətəndaşlığı olan şəxslərin vəzifəyə namizədliyini irəli sürməsini qadağan edir.

Samvel Karapetyan hazırda ev dustaqlığındadır.  Ona 18 iyun 2025-ci ildən bəri tətbiq edilən həbs cəzası 30 dekabrda ev dustaqlığı, 4 milyard dram girov və digər məhdudiyyətlərlə əvəz edilib.

Karapetyan "Hakimiyyəti ələ keçirməyə açıq çağırış" maddəsi ilə həbs edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
5
1
moderator.az

2Sources