Şimali Makedoniya tənzimləyicinin tələblərinə riayət olunmaqla Avropanın rəqəmsal proqramları çərçivəsində Azərbaycanla əməkdaşlıq imkanını istisna etmir.
Bunu "Report"a eksklüziv müsahibəsində Şimali Makedoniya Respublikasının rəqəmsal transformasiya naziri Stefan Andonovski deyib.
O qeyd edib ki, "EU4Digital" təşəbbüsü Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrinin, o cümlədən Azərbaycanın rəqəmsal transformasiyasını dəstəkləməyə yönəlib. Bu təşəbbüs genişzolaqlı internetə çıxışın, elektron xidmətlərin inkişafı, kibertəhlükəsizlik və rəqəmsal bacarıqlar sahəsində potensialın artırılması kimi istiqamətləri əhatə edir.
"Şimali Makedoniya qabaqcıl rəqəmsal bacarıqlar, rəqəmsal dövlət xidmətləri və innovativ ekosistemlər sahəsində potensialın gücləndirilməsinə yönəlmiş "Digital Europe" proqramı ilə əlaqəlidir. "Horizon Europe" proqramı tədqiqat və innovasiyalar üçün əlavə imkanlar açır, iştirak qaydalarını və hər bir tərəfdaşın statusunu nəzərə almaqla sərhədlər boyunca qurumları və konsorsiumları birləşdirməyə kömək edir", - S.Andonovski bildirib.
Nazirin sözlərinə görə, praktiki səviyyədə əməkdaşlıq birgə tədbirlərdən, dövlət qurumları, universitetlər və sahibkarlar arasında tərəfdaş axtarışından başlaya bilər.
Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış ola bilərsiniz.