EN

Real da ciddi itkilər var

Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Real"da ciddi itkilər var

"Real" klubu ciddi itkilərlə üz-üzədir.

QOL.az xəbər verir ki, klubun yaydığı məlumata görə, komandanın müdafiəçisi Raul Asensio və hücumçusu Kilian Mbappe bugün keçirilən məşqdə iştirak etməyib.

Məlumata görə, futbolçuda qrip əlamətləri aşkarlandığı üçün o, kollektiv hazırlıq prosesindən kənarlaşdırılıb. Mbappe isə ardıcıl ikinci gündür ki, kollektiv çalışmalara qoşulmayan fransız ulduz hazırlıqlarını qapalı zalda, fərdi proqram əsasında davam etdirib. La Liqanın bombardirinin qarşıdakı oyunu buraxmaq ehtimalı yüksək qiymətləndirilir.

Qeyd edək ki, Alvaro Arbeloanın rəhbərlik etdiyi "kral klubu" hazırda La Liqada lider "Barselona"dan cəmi 1 xal geri qalaraq turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Xatırladaq ki, "Real" fevralın 14-də doğma meydanda "Real Sosyedad"ı qəbul edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
2
1
qol.az

2Sources