EN

Mingəçevirdə sinif otaqlarının kirayəyə verilməsi ilə bağlı iddialara aydınlıq gətirildi - RƏSMİ

BAKI, 12 fevral. TELEQRAF

Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən Mingəçevir şəhər 7 saylı tam orta məktəbin direktoru Coşqun Sadıqov sinif otaqlarını ayrı-ayrı müəllimlərə 100 manat qarşılığında kirayə verir.

Məsələ ilə bağlı Teleqraf-ın sorğusuna cavab olaraq Mərkəzi Aran Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, Mingəçevir şəhəri Rəşad Mirabov adına 7 nömrəli tam orta ümumtəhsil məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən Coşqun Sadıqovun sinif otaqlarını ayrı-ayrı müəllimlərə müəyyən ödəniş müqabilində kirayə verməsi ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir.

"Qeyd olunan məsələ ilə bağlı aparılmış araşdırma nəticəsində məktəbdə sinif otaqlarının hər hansı ödəniş müqabilində kirayəyə verilməsi faktı təsdiqini tapmayıb.

Bildiririk ki, təhsil müəssisələrində şəffaflıq və qanunvericiliyin tələblərinə əməl olunması əsas prinsiplərdən biridir. İctimaiyyəti yalnız rəsmi mənbələrə istinad etməyə çağırırıq".

Chosen
23
1
teleqraf.com

2Sources