EN

Sevgilisini öldürüb hamamda Quran oxuyurdu Biznesmen Emil Ağacanovun İŞİ

Lent az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı Ağır Cinayətlər məhkəməsində qətl törətməkdə təqsirləndirilən Emil Ağacanovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, hakim Səbinə Məmmmədzadənin sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib.

Şahid Ə.N. Ağacanovun şirkətində 5 ildir sürücü işlədiyini bildirib:

"Elnur həmin günü zəng etdi ki, tez gəl, kömək lazımdır, Eminin vəziyyəti pisdir. Mən tez Emilin evinə getdim. Evə daxil olanda hamamdan səs gəldiyini eşidib ora yüyürdük. Qapını açan kimi mərhumu və Emili vannanın içində geyimsiz halda gördük. Emil onun boynundan qucaqlayıb buraxmaq istəmirdi. İradəni birtəhər ondan aralayıb ona süni nəfəs verdim. Emin özündə deyildi, qışqıra-qışqıra "Quran" ayələrini oxuyurdu. Sonra sakitləşdi və keçib otaqdakı divanda oturdu. Polislər gəlib onu dindirəndə, Emil özünü elə aparırdı ki, sanki heç nə baş verməmişdi".

Şahid Ə.N. hadisə günü Elnurun ona zəng etdiyini deyib:

"Elnur dedi ki, tez özümü şəhərə çatdırım. Mən hadisəni görməmişəm. Şəhərə çatan kimi İradə xanımın dəfni ilə məşğul olduq. İradə bilirdi ki, mən Emilin qohumuyam. Çalışırdı məni işdən  uzaqlaşdırsın. Emilin halının qarışması keçən ildən başlamışdı. Bir dəfə bağa gedəndə Emilin samovarın qaynar kömürünü əlinə basdığını gördüm. Üzünün bir əzələsi belə dəyişmədi, o, ağrı hiss etmirdi. Əlinin qanı kəsmirdi. Mən tez dəsmal verdim ki, o, əlini bağlasın. Emil əlinin qanını dəsmal yerinə üstümə sildi".

Növbəti proses 19 fevral saat  16:00-a təyin edilib.

İttihama görə, qətl 2025-ci il avqustun 23-də Bakının Yasamal rayonunda baş verib. Paytaxt sakini İradə Muradovanın meyiti Emil Ağacanova məxsus mənzilin hamamında vannada paltarsız vəziyyətdə aşkar olunub. İlkin araşdırmalarla qadının Emil Ağacanov tərəfindən xüsüsi amansızlıqla qətlə yetirildiyi məlum olub.

Məlum olub ki, Emil Ağacanov uzun müddət sevgi münasibətində olduğu İradənın evində narkotikin təsriri altında dini mahnılara qulaq asıb. Daha sonra onu bıçaqlayaraq öldürüb. 

Təqsirləndirilən barədə ilkin olaraq həbs qətimkan tədbiri seçilsə də, daha sonra onun anlaqsız vəziyyətdə olduğu nəzərə alınıb və o, psixiatriya xəstəxanasında məcburi müalicəyə cəlb olunaraq polisin nəzarətinə verilib.

Onu da qeyd edək ki, Emil Ağacanov “Chermington Transportation Services” MMC, “AZRENT” MMC, “Caspi Style” MMC və Port Baku-da yerləşən italyan brendi “YAMAMAY”ın sahibi olub.

Qətlə yetirilən İradə Muradova isə sahibkarın “YAMAMAY” mağazasının icraçı direktoru vəzifəsində çalışıb.

Emil Ağacanov barəsində Yasamal rayon Prokurorluğunda cinayət işi başlanılıb və onun barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsiin 120.2.4-cü (xüsüsi amansızlıqla adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
15
lent.az

1Sources