EN

Qrant müsabiqələrinin nəticələri gələn ay elan ediləcək - Aygün Əliyeva

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ilə bağlı "Beynəlxalq təşəbbüslər" adlı qrant müsabiqələrin nəticələri gələn ay elan ediləcək.

Ucnoqta.az xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva QHT-lər üçün təşkil edilmiş "Davamlı şəhərsalmada vətəndaş cəmiyyətinin rolu" mövzusunda WUF13 üzrə təlim çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, artıq bu müsabiqəyə 49 QHT-dən layihələr daxil olub:

"Həmçinin, bu il WUF13-də ilk dəfə olaraq QHT-lər üçün forumun keçirilməsi nəzərdə tutulub. Bununla yanaşı, Dövlət Agentliyinə ayrılan pavilyonda WUF13 günlərində qeyri-hökumət təşkilatlarının müxtəlif məzmunlu maraqlı tədbirləri həyata keçiriləcək".

A.Əliyeva onu da əlavə edib ki, WUF13 proseslərindən sonra da ilin sonuna qədər qeyri-hökumət təşkilatlarının bu mövzuda təşəbbüsləri dəstəklənəcək və agentliklə birlikdə çoxsaylı layihələr icra olunacaq.

WUF13 bu il mayın 17-22-də Bakıda keçiriləcək.(report

Chosen
13
2
ucnoqta.az

3Sources