JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ötən il xarici bazarlara 16 milyon 65 min 728 ton həcmində neft ixrac edib.

Bu barədə SOCAR-ın 2025-ci ilin yekunlarına dair açıqladığı qazma, hasilat, emal və ixrac göstəricilərində deyilir.

Məlumata görə, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 530 min 672 ton və ya 3,2 % azdır.

Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir.

Qeyd edək ki, 2024-cü ildə SOCAR 16 milyon 596 min 400 ton neft ixrac edib.

JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX