EN

Müəyyən bir anlaşma var: Kremldən Ukrayna ilə bağlı nikbin mesaj

Dmitri Peskov Ukrayna müharibəsinin həlli ilə bağlı üçtərəfli danışıqların yeni mərhələsinin tarixi və yeri barədə razılığa gəlmək üzrə olduğunu təsdiqləyib.

Publika.az bu barədə Rusiya mətbuatına istinad edib.

"Müəyyən bir anlaşma var və biz sizi məlumatlandıracağıq. Növbəti mərhələnin tezliklə baş tutacağını gözləyirik", - deyə Kremlin sözçüsü jurnalistlərin sualını cavablandırıb.

O, sonda jurnalistlərə deyib ki, biz sizə məkanla bağlı istiqamətləri də deyəcəyik.

Qeyd edək ki, Vladimir Zelenski bundan əvvəl üçtərəfli danışıqların yeni mərhələsinin gələn həftə Mayamidə keçiriləcəyini açıqlayıb.

Chosen
25
publika.az

1Sources