EN

Keçmiş silahdaşından Ramiz Mehdiyevlə bağlı reaksiya

Dövlət Təhlükəsizliyi Xidməti Ramiz Mehdiyev, Əli Kərimli və bir neçə digər şəxs barəsində cinayət işi ilə bağlı məlumat yayıb.

Bildirilib ki, onlar xarici xüsusi xidmət orqanları ilə əlaqədə olaraq hakimiyyətin zorla ələ keçirilməsinə və konstitusiya quruluşunun dəyişdirilməsinə cəhd etməkdə şübhəli bilinirlər. İttihama görə, 2013-cü il prezident seçkiləri ərəfəsində yaradılmış “Milli Şura” və “Milyarderlər İttifaqı” çərçivəsində xaricdən maliyyə və təşkilati dəstək alınıb. Həmin vəsaitlərin kütləvi iğtişaşların təşkili və siyasi sabitliyin pozulmasına yönəldildiyi iddia olunur. Eyni zamanda, bəzi şəxslərin xarici dövlət nümayəndələri ilə gizli danışıqlar apardığı və qarşılıqlı razılaşmalar əldə etdiyi qeyd edilir. Ramiz Mehdiyevin 2025-ci ildə xarici tərəflərə dövlət idarəçiliyi ilə bağlı sənəd göndərdiyi və dövlətə xəyanətdə ittiham olunduğu açıqlanıb. Ona həmçinin cinayət yolu ilə əldə edilmiş böyük məbləğdə vəsaiti leqallaşdırmaq ittihamı verilib.

NOCOMMENT.az xəbər verir ki, Demokrat.az məsələ ilə əlaqədar PA-nın keçmiş şöbə müdiri Əli Həsənov ilə əlaqə saxlayıb. O, zəng edən şəxsin jurnalist olduğunu biləndə dəstəyi asıb və sonra da zənglərə cavab verməyib.

Qeyd edək ki, Əli Həsənov bir müddət əvvəl “Ramiz Mehdiyevin mənə nə dəxli var?” açıqlaması ilə gündəmə gəlmişdi.

Xatırladaq ki, Əli Həsənov uzun illər Ramiz Mehdiyevin tapşırığı ilə dövlətin ali vəzifələrində təmsil olunub. O, Ramiz Mehdiyevin nəzarətində olan ictimai-siyasi sahə üzrə şöbə müdiri vəzifəsində fəaliyyət göstərib.

Chosen
17
5
nocomment.az

6Sources