İngiltərənin Premyer Liqa təmsilfilərinən olan "Bornmut" "Milan"ın ispaniyalı müdafiəçisi Alexandro Ximenesin transfer hüquqlarına yiyələnib.
Fanat.Az xəbər verir ki, məlumatı "albalılar"ın mətbuat xidməti yayıb.
20 yaşlı futbolçu 2025-ci ilin sentyabrından icarə əsasında "Bornmut"un formasını geyinirdi. O, cari mövsüm bu klubun heyətində 23 oyuna çıxaraq 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Ximenesin "Milan"la müqaviləsinin müddəti 2028-ci ilədək nəzərdə tutulmuşdu.
Nihat