EN

Bolqarıstandakı “Şuşa” parkı belə olacaq (FOTO)

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Dövlət Şəhərsalma vəArxitektura Komitəsinin sədri Anar Quliyevin rəhbərlik etdiyinümayəndə heyətinin Bolqarıstan Respublikasına işgüzar səfəri davamedir.

Səfər çərçivəsində Azərbaycan Respublikası Hökuməti iləBolqarıstan Respublikası Hökuməti və Veliko Tırnovo Bələdiyyəsiarasında Veliko Tırnovo şəhərində “Şuşa” parkının salınması vəyenidən qurulması üzrə əməkdaşlıq haqqında Saziş imzalanıb.

Komitədən Trend-ə verilən məlumata görə, fevralın 12-də AnarQuliyev Veliko Tırnovo şəhərinin meri Daniel Dimitrov Panovlagörüşüb.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusinümayəndəsi Aydın Kərimovun da iştirak etdiyi görüşdə şəhərsalma vəmemarlıq sahəsində əməkdaşlıq perspektivləri, tarixi şəhərmühitinin qorunması və müasir ictimai məkanların yaradılmasıistiqamətində təcrübə mübadiləsi məsələləri müzakirə olunub.

Tərəflər qardaşlaşmış şəhərlər institutunun genişləndirilməsi,Azərbaycan və Bolqarıstan şəhərləri arasında birbaşa əlaqələringücləndirilməsi və birgə mədəni layihələrin həyata keçirilməsininəhəmiyyətini vurğulayıblar.

Anar Quliyev cari ilin mayında keçiriləcək Ümumdünya ŞəhərsalmaForumunun 13-cü sessiyasını (WUF13) qlobal şəhər gündəliyininmüzakirəsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımındanmühüm platforma kimi dəyərləndirərək həmkarını bu mötəbər tədbirdəiştirak üçün Bakıya dəvət edib.

Görüşdən sonra Komitə sədri Veliko Tırnovo şəhərində salınacaq“Şuşa” parkının ərazisi ilə yerində tanış olub.

“Şuşa” parkı layihəsinin konsepsiyası Dövlət Şəhərsalma vəArxitektura Komitəsi nəzdində fəaliyyət göstərən “Azərmemarlayihə”Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanıb, detallılayihələndirmə işləri isə Komitənin sifarişi əsasında Bolqarıstanın“DAD Studio” LTD şirkəti tərəfindən icra olunub.

Şəhərin mərkəzi hissəsində yerləşən və 1,81 hektar ərazini əhatəedən park şəhər sakinləri və qonaqlar üçün müasir ictimai məkankimi nəzərdə tutulub. Layihə çərçivəsində funksional zonalaşdırma,piyada zolaqları, istirahət və rekreasiya sahələri, süni su hövzəsivə musiqili fəvvarə planlaşdırılıb. Parkın ərazisində NizamiGəncəvinin abidəsi, “Şuşa” instalyasiyası, bədii həllində isəxarıbülbül motivləri yer alacaq. Burada yerli iqlim şəraitinə uyğunyaşıllaşdırma və abadlıq işləri görüləcək.

Veliko Tırnovo şəhərində “Şuşa” parkının salınması AzərbaycanlaBolqarıstan arasında dostluq və tərəfdaşlıq münasibətlərinin dahada möhkəmlənməsinə, eləcə də milli-mədəni dəyərlərimizin beynəlxalqmüstəvidə təşviqinə xidmət edəcək.

Bolqarıstandakı
Bolqarıstandakı
Bolqarıstandakı
Bolqarıstandakı
Bolqarıstandakı
Bolqarıstandakı
Bolqarıstandakı
Bolqarıstandakı
Bolqarıstandakı
Chosen
43
6
az.trend.az

7Sources