EN

Pəhləvi qeyri farsların simvollarına qadağa tələb etdi

Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İranda etirazçılara qarşı repressiyaların genişlənməsi və minlərlə insanın öldürülməsinə etiraz olaraq Avropada yaşayan iranlı mühacirlər Almaniyanın paytaxtı Berlin şəhərində izdihamlı aksiya keçiriblər.

Axar.az xəbər verir ki, bu barədə Britaniyanın “London Express” nəşri məlumat yayıb.

Məlumata görə, İran Müqavimət Şurasının təşkilatçılığı ilə Brandenburq qapısı qarşısında keçirilən böyük aksiyada100 mindən çox nümayişçi iştirak edib.

Bildirilib ki, bu, indiyə qədər İran xaricində iranlıların demokratiya tələbi ilə keçirdikləri ən böyük nümayişi olub.

Mitinqdə İran Milli Müqavimət Şurasının rəhbəri Məryəm Rəcavi çıxış edib. O, çıxışında 10 maddədən ibarət bir plan təqdim edib. Bu plan azad və ədalətli seçkiləri, dinin dövlət işlərindən ayrılmasını, qadın və kişi bərabərliyini və nüvə silahından imtinanı vəd edib.

Bununla yanaşı mitinqdə bir neçə xarici siyasətçi, o cümlədən ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo da çıxış edib.

O, İran xalqının hakim rejimi dəyişmək ideya və əzmini təqdir edib, bunun reallaşması üçün xalq hərəkatına dəstək verilməsini, Tehran rejimi və onun repressiya mexanizmlərindən biri olan SEPAH-a qarşı təzyiqləri artırmağın vacibliyini vurğulayıb.

Həmin mitinqdə İranda yaşayan qeyri-fars xalqların, o cümlədən azərbaycanlıların mübarizə simvolları (bayraqları) da qaldırılıb. Bu, panfarsist cərəyanın, xüsusən Rza Pəhləviyə yaxın olan media qurumları və təşkilatların qəzəbinə səbəb olub. Bundan sonra Rza Pəhləvi fevralın 14-də Münhen, Los-Anceles və Torontoda keçirilməsi planlaşdırılan mitinqdə başqa bayraqların və simvolların nümayiş etdirilməməsi tələbi ilə bağlı bəyanat yayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
19
2
axar.az

3Sources