EN

Premyer Liqa klubu "Milan"ın futbolçusunu transfer edib

İngiltərənin "Bornmut" komandası İtaliya təmsilçisi "Milan"ın müdafiəçisi Aleks Himenesi birdəfəlik transfer edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

20 yaşlı ispaniyalı futbolçu 2025-ci ilin sentyabrından etibarən "Bornmut"da icarə əsasında çıxış edirdi. O, cari mövsüm bu klubun heyətində 23 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Aleks Himenesin "Milan"la müqaviləsi 2028-ci ilədək qüvvədə idi.

"Cebheinfo.az"

Chosen
10
1
cebheinfo.az

2Sources