EN

“Vətən uğrunda” medalı ilə təltif edilən general Natiq Qarayev kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Prezidentdən Səfərbərlik Xidmətinin əməkdaşları ilə bağlı SƏRƏNCAM


Sərəncama əsasən, general-mayor Qarayev Natiq Sahib oğlu "Vətən uğrunda" medalı ilə təltif edilib.

Bizim.Media xəbər verir ki, Natiq Qarayev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Sumqayıt şəhər baş idarəsinin rəisidir. O, 2021-ci il fevralın 2-də bu vəzifəyə təyinat alıb.

Sözügedən vəzifəyə təyin olunduğu gün ona general-mayor ali hərbi rütbəsi verilib.

Qeyd edək ki, daha əvvəl - 2020-ci il dekabrın 15-də Natiq Qarayev "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. O, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş hərbi qulluqçu kimi bu ordenə layiq görülüb.

Bizim.Media

Chosen
16
2
bizim.media

3Sources