EN

Fransada “Nils” qasırğası - 1 milyona yaxın istehlakçı işıqsız qaldı

Bakı. Trend:

Fransanın cənub-qərbinə daxil olan “Nils” qasırğası ölkədə ciddifəsadlara səbəb olub.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu gün səhər saatlarında 850 ministehlakçı elektrik enerjisiz qalıb.

Elektrik enerjisi təchizatçısı “Enedis” bildirib ki, ən çoxzərər çəkən bölgələr Yeni Akvitaniya və Oksitaniyadır.

Küləyin sürəti Biskarrosda saatda 162 km-ə, Poda 145 km-ə qədər,Bordoda isə 120 km-dən çox olub.

Bu arada təbii fəlakətlə əlaqədar artıq bir nəfər həyatınıitirib. Yük maşınının sürücüsü üzərinə ağac aşması nəticəsindəhəlak olub.

Dəmir yolu nəqliyyatı bir çox yerlərdə iflic olub. Bayonn,Biarritz və Anday vağzallarında qatarların hərəkəti dayandırılıb.Parisdəki Monparnas vağzalında, eləcə də Bordo və Po vağzallarındabir çox reyslər ləğv edilib.

Bir neçə avtomagistralda nəqliyyatın hərəkəti çətinləşib. Od vəŞərqi Pireney departamentlərinin əsas magistrallarında, həmçininEro departamentinin bir sıra rayonlarında yük avtomobillərininhərəkəti qadağan edilib.

Məqalədə:
Chosen
86
az.trend.az

1Sources