İngiltərə Futbol Assosiasiyası millinin baş məşqçisi Tomas Tuxellə müqaviləni uzadıb.
İdmanxeber.az-ın məlumatına görə, 52 yaşlı alman mütəxəssislə 2028-ci ilə qədər yeni 2 illik sözləşmə imzalanıb.
Tuxel İngiltərə yığmasına 2025-ci ilin yanvarından rəhbərlik edir və onun başçılığı altında komanda DÇ-2026-nın seçmə mərhələsini lider tamamlayaraq mundiala vəsiqə qazanıb.
Tuxel daha əvvəl “Çelsi”, “Borussiya Dortmund” və PSJ-ni çalışdırıb.