EN

Qazaxıstan aviaşirkəti yazda Azərbaycana reyslərin sayını artıracaq

Qazaxıstanın "Air Astana" aviaşirkəti Novruz bayramı ərəfəsində Bakıya uçuşların tezliyini artıracaq.

Bu barədə  aviaşirkətin məlumatı xəbər verir.

"Novruz bayramı ərəfəsində "Air Astana" Almatıdan Bakıya birbaşa uçuşları bərpa edir və Azərbaycanın paytaxtına ümumi uçuşların sayını artırır", - məlumatda bildirilib.

Beləliklə, martın 15-dən Almatı-Bakı-Almatı marşrutu üzrə uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək. Aprel ayından isə uçuşların tezliyi həftədə 3, may ayından isə 4 uçuşa qədər artırılacaq: bazar ertəsi, cümə axşamı, cümə və bazar günləri. Yeni cədvəl təyyarələrin gündüz saatlarında uçuş və enişini nəzərdə tutur.

Aviaşirkət həmçinin Atırau-Bakı-Atırau marşrutu üzrə müntəzəm uçuşların tezliyini həftədə 3 dəfəyə qədər artırır: martın 18-dən uçuşlar bazar ertəsi, çərşənbə və şənbə günləri; aprel ayından isə çərşənbə axşamı, cümə axşamı və şənbə günləri həyata keçiriləcək.

Almatıdan uçuş müddəti 3 saat 35 dəqiqə, Atıraudan isə 1 saat 25 dəqiqə təşkil edəcək.

Chosen
7
2
banco.az

3Sources