EN

Mayk Uoltsdan hərbçilərə DƏSTƏK: BMT səfiri rəsmi geyimdə “JİM” ETDİ – VİDEO

ABŞ-nin BMT-dəki səfiri Mayk Uolts kostyumda hərbçilərlə “jim” edib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

ABŞ-nin BMT-dəki səfiri Mayk Uolts Cenevrəyə iki günlük rəsmi səfəri çərçivəsində maraqlı hərəkəti ilə diqqət çəkib.

Diplomat rəsmi işgüzar kostyumda və qalstukda olmasına baxmayaraq, bir qrup hərbçi ilə birlikdə jim (yerdən təkan) edib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə Uoltsun hərbi formalı şəxslərlə eyni vaxtda və say hesabı ilə hərəkətləri icra etdiyi əks olunub.

Qeyd edək ki, Mayk Uolts ABŞ Prezidenti Donald Trampın keçmiş müşaviridir.

Onun Cenevrəyə səfərində əsas məqsəd BMT komitələrinin rəsmi şəxsləri ilə bir sıra mühüm görüşlər keçirməkdir.

Səfər zamanı baş tutan bu qeyri-rəsmi idman hərəkəti həm media, həm də sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
6
1
interpress.az

2Sources