Ötən ilin fevralında Bakı Beynəlxalq Avtovağzal kompleksinin qarşısında "Saipa" markalı avtomobillə piyada, 1971-ci il təvəllüdlü Məryəm Novruzovanı vuraraq onun ölümünə səbəb olan 60 yaşlı Vüqar Məmmədəliyevin məhkəmə prosesi başa çatıb.
Bakıvaxtı.az-ın Teleqraf-a istinadən məlumatına görə, Binəqədi Rayon Məhkəməsində hökm oxunub.
Hökmə əsasən, 1965-ci il təvəllüdlü Məmmədəliyev Vüqar İsaq oğlu üç il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Bundan başqa, V.Məmmədəliyev 1 il 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib.
Zərərçəkənin hüquqi varisi qarşı tərəfdən şikayətçi olmadığını, təqsirləndirilən şəxslə barışdığını bildirib.
Qeyd edək ki, M.Novruzova 54 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi olub.