EN

Xiosda miqrant faciəsi: Ölüm rəyləri dəhşəti üzə çıxardı

Xiosda miqrant faciəsi: Ölüm rəyləri dəhşəti üzə çıxardı

Xios (Saqqız) adası sahillərində Yunanıstan sahil mühafizə gəmisinin çırpıldığı qayıqdakı 15 qeyri-qanuni miqrantın ölümünə dair tibbi rəylər qəzanın nə dərəcədə ağır olduğunu ortaya qoyub.

Yerli mətbuatda yer alan xəbərlərə görə, 4 fevralda baş vermiş qəza nəticəsində çevrilən qayıqda həyatını itirən 15 nəfərdən 7-nin ölüm rəyi hazırlanıb. Məhkəmə-tibbi ekspertləri tərəfindən hazırlanan sənədlərdə toqquşmanın şiddəti və xəsarətlərin ağırlığına dair faktlar yer alıb.

Hesabatlarda bəzi şəxslərdə döş qəfəsi, boyun, qol və ayaq travmaları ilə yanaşı, ağır kəllə-beyin zədələri təsbit edilib, bir nəfərin isə baş nahiyəsinin əzildiyi bildirilib. Xəbərlərdə qeyd olunur ki, bu məlumatlar qəzadan sağ çıxanların "sahil mühafizə gəmisi qayığımıza qəsdən çırpıldı" ifadələri ilə tam üst-üstə düşür.

Xatırladaq ki, 4 fevralda Xios adası yaxınlığında Yunanıstan sahil mühafizə gəmisinin toqquşması nəticəsində qeyri-qanuni miqrantları daşıyan qayıq aşmış və sərnişinlər dənizə düşmüşdü. İtkin düşənlərin də olduğu təxmin edilən hadisədə 15 nəfər həlak olmuş, 24 nəfər isə yaralanmışdı.

Chosen
137
afn.az

1Sources