Bakıda qadın sürücüyə sillə vurub üzünə tüpürən dayanacaq nəzarətçisi həbs olunub.
Â
Pravda.az-ın "Qaynarinfo"ya istinadla yaydığı məlumata görə, insident paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.
Â
1984-cü ildə anadan olmuş C.V. ilə qadın sürücü S.D. arasında qarşıdurma yaranıb. Münaqişəyə səbəb C.V.-nin ərazidəki dayanma və durmanı qadağan edən yol nişanını çıxararaq, orada parklanma yerləri təşkil etməsi olub.
Â
Xanım sürücü bu qanunsuzluğa öz etirazını bildirib. Sözügedən yerdə qeyri-qanuni şəkildə avtomobil parklanmasına nəzarət edən C.V. isə cavab olaraq əvvəlcə qadına təpiklə zərbə endirib, ardınca üzünə iki sillə vurub və tüpürdükdən sonra hadisə yerindən uzaqlaşıb.
Â
Qadının şikayəti əsasında saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 157-ci (fiziki ağrı vermə) və 454-1-ci (səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili) maddələrinə əsasən protokol hazırlanıb. Məhkəmə iclasında C.V. ittihamları qəbul etməyib, zərərçəkmiş tərəf isə qanunun tələbinə uyğun hökm çıxarılmasını xahiş edib.
Â
Məhkəmənin qərarına əsasən, C.V. 20 sutka müddətinə inzibati həbs cəzasına məhkum olunub.